Lənkəran sakinini Gəncədə elektrik cərəyanı vurub

Lənkəran sakinini Gəncədə elektrik cərəyanı vurub
# 10 iyul 2017 08:17 (UTC +04:00)

Gəncədə 36 yaşlı kişini elektrik cərəyanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Lənkəran sakini, 1981-ci il təvəllüdlü Əsədov Zamiq Sərdar oğlu cərəyan vurması xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yarıdm göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, Z. Əsədovu kondisioner təmir edərkən cərəyan vurub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR