London metrosunda partlayış olub, yaralananlar var

London metrosunda partlayış olub, yaralananlar var
# 26 sentyabr 2017 14:36 (UTC +04:00)

İngiltərənin paytaxtı Londonda “Tower Hill” metrostansiyasında partlayış baş verib.

APA-nın “Express.co.uk”-a istinadən verdiyi xəbərə görə, partlayış böyük təşvişə səbəb olub.

Sərnişinlər evakuasiya edilib.

Hadisə zamanı ən az 5 nəfərin yüngül xəsarətlər aldığı deyilir.

Metro polisinin verdiyi məlumata görə, partlayışın terrorla əlaqəsi yoxdur. Hadisəyə elektron siqaret səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR