Türkiyə müdafiə naziri Afrində hərbi əməliyyatın tezliklə başlayacağını bildirib

Türkiyə müdafiə naziri Afrində hərbi əməliyyatın tezliklə başlayacağını bildirib
# 27 noyabr 2017 17:55 (UTC +04:00)

Türkiyə ordusunun Suriyanın Afrin şəhərində əməliyyatı yaxın günlərdə başlaya bilər.

APA-nın “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

“Bu sabah və yaxud daha tez baş verə bilər”, jurnalistlərin suallarını cavablandıran nazir deyib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin şəhərində PKK terror təşkilatının Suriyadakı törəməsi olan “Demokratik İttifaq” (PYD) partiyasına qarşı əməliyyatın keçirilməsini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR