Bakıya yeni avtobuslar gətirilib

Bakıya yeni avtobuslar gətirilib
# 25 fevral 2014 07:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı şəhəri ərazisində sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün Cənubi Koreya istehsalı olan 20 ədəd yeni avtobus gətirilib. «APA-Economics»in məlumatına görə, «Daewoo» markalı bu avtobuslar 2 qapılı və 24 sərnişin üçün nəzərdə tutulub. Avtobuslar istilik sistemi ilə təchiz olunub.

Qeyd edək ki, yeni avtobuslar üç marşrut xəttinə buraxılıb. Həmin marşrutların nömrələri 85, 79 və 65-dir.

Yeni avtobuslar fərdi sahibkara məxsusdur. Bu modeldən olan bir avtobusun qiyməti təxminən 82 min manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR