Tiflisdə bazarda güclü yanğın olub, azərbaycanlı sahibkarlara ciddi ziyan dəyib

Tiflisdə bazarda güclü yanğın olub, azərbaycanlı sahibkarlara ciddi ziyan dəyib
# 07 iyun 2014 13:28 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bazarda yerləşən boya sexində baş vermiş yanğını söndürmək üçün 18 yanğınsöndürən maşın cəlb edilib.

Hadisə nəticəsində 800 kv.m-lik ərazi yanıb. Yanğın 1 saat ərzində söndürülüb, xəsarət alan olmayıb.

Yanğın nəticəsində Tiflis şəhər sakini Əlixan Quliyev, Bolnisi rayon sakinləri Ziyadxan Həsənov, Teymuraz Məmmədov, Pərviz Cəfərov və başqalarının mallarına ciddi ziyan dəyib.

Tiflis Fövqəladə Hallar Xidməti Departamentinin rəisi Temur Giorqadze APA-ya açıqlamasında bildirib ki, yanğın bazarın avtomobil ehtiyat hissələri satılan hissəsində baş verib. O qeyd edib ki, yanğın maşın yağları ilə dolu qutuların və aseton şüşələrinin alışması nəticəsində baş verib.

“Yanğın nəticəsində bazarda ehtiyat hissələri satılan azərbaycanlıların dükanlarına ciddi ziyan dəyib”, - deyə o vurğulayıb.

Hələlik yanğının baş vermə səbəbləri bilinmir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR