Eldar Namazov növbəti dəfə Baş Prokurorluğa çağırılıb

Eldar Namazov növbəti dəfə Baş Prokurorluğa çağırılıb
# 02 sentyabr 2013 13:53 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən “El” hərəkatının sədr müavini Eldəniz Quliyev qeyd edib ki, Eldar Namazovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsi ötən dəfə yarımçıq qaldığı üçün bu gün növbəti dəfə ifadə verməyə çağırılıb və bir az əvvəl dindirilməsi başa çatıb.

Qeyd edək ki, avqustun 29-da E. Namazov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saat dindirilib.

Xatırladaq ki, Əflan İbrahimov kütləvi informasiya vasitələrində Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR