Birləşmiş Ərəb Əmirliklərində keçirilən aviasiya sərgisində Azərbaycan stendi böyük marağa səbəb olub - FOTOSESSİYA

Birləşmiş Ərəb Əmirliklərində keçirilən aviasiya sərgisində Azərbaycan stendi böyük marağa səbəb olub - <span style="color: red;">FOTOSESSİYA
# 19 noyabr 2013 23:50 (UTC +04:00)

APA-nın sərgidə iştirak edən əməkdaşlarının verdiyi məlumata görə, sərgi davam etdiyi müddətdə Azərbaycan stendi böyük marağa səbəb olub. Stendə baş çəkən xarici ölkələrin nümayəndələri burada Müdafiə Nazirliyinin Gəncə Aviasiya Təmiri Zavodunun potensialı ilə tanış olublar.

Sərgidə qeyd edilib ki, Gəncə Aviasiya Təmiri Zavodu hazırda yerli və xarici sifarişlər üzrə keçmiş sovet istehsalı olan helikopterlərin mühərriklərini təmir edir. Müəssisə Kuba, Polşa, Kolumbiya, Peru, Çili, Əfqanıstan və s. ölkələrdən sifarişlər qəbul edir.

Sərgidə Azərbaycanın «Azairtechservice» şirkəti də öz xidmətlərini nümayiş etdirib.

Sərgi-aviaşoouya ziyarətçi qismində qatılan Azərbaycan prezidentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev burada nümayiş olunan hərbi təyinatlı aviasiya texnikaları, hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları ilə tanış olub, görüşlər keçirib.

Noyabrın 18 və 19-da sərgi çərçivəsində «Əl Məxtum» aeroportunda düzənlənən aviaşouda dünyanın müxtəlif ölkələrindən təyyarələr şou göstərib. Hər iki gün ərzində aviaşouda V-22 “Osprey” tiltrotoru, F-16, F-15 “Eagle”, F-18 “Super Hornet”, F-22 “Raptor”, “Mirage”, “Hawk”, “Rafale”, “Typhoon”, YF-17 “Thunder”, P-8A “Poseidon”, A-400M “Atlas” və s. təyyarələr, həmçinin BƏƏ Hərbi Hava Qüvvələrinin “Əl Fursan” pilotaj qrupu nümunəvi uçuşlar yerinə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR