Bakıda 50 yaşlı kişi parkda qətlə yetirilib - VİDEO

Bakıda 50 yaşlı kişi parkda qətlə yetirilib - <span style="color: red;">VİDEO
# 28 iyun 2014 08:08 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən Ramiz Aboyev adına istirahət parkında qeydə alınıb.

Zərdab rayonunda anadan olan, 1967-ci il təvəllüdlü Şəhriyar Qiyas oğlu Əhədov aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Namiq Ağa oğlu Ağayevi bıçaqlayaraq qətlə yetirib.

Polis və prokurorluq orqanlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Ş. Əhədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR