Müdafiə Nazirliyi: Hərbi qulluqçular arasında difteriya, qızılca, epidemik parotit xəstəlikləri aradan qaldırılıb

Müdafiə Nazirliyi: Hərbi qulluqçular arasında difteriya, qızılca, epidemik parotit xəstəlikləri aradan qaldırılıb
# 04 mart 2014 09:30 (UTC +04:00)

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

V. Dərgahlının sözlərinə görə, son illər hərbi qulluqçular arasında kəskin respirator və digər soyuqdəymə xəstəlikləri isə mühüm dərəcədə azalıb.

«Hərbi kollektivlərdə yayılma ehtimalı yüksək olan uşaq infeksion xəstəliklərinə, kəskin respirator, pnevmoniya və digər soyuqdəymə xəstəliklərinə qarşı peyvənd tədbirləri həyata keçirilir», - deyə V. Dərgahlı qeyd edib.

Nazirlik sözçüsü on də əlavə edib ki, bu tədbirlərlə yanaşı kəskin respirator, pnevmoniya və digər soyuqdəymə xəstəliklərinə qarşı bütün gənc əsgərlərin hər ay bisilinoterapiya və orqanizmin vitaminləşdirilməsi aparılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR