«PAŞA Həyat» sığorta şirkətinin əməkdaşları Malayziyada keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

«PAŞA Həyat» sığorta şirkətinin əməkdaşları Malayziyada keçirilən beynəlxalq konfransda iştirak edib - <span style="color: red;">FOTO
# 01 aprel 2014 10:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkətinin əməkdaşları Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən (26-27 mart) «Investment Funds» adlı beynəlxalq konfransda iştirak edib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, 15-dən çox ölkənin 40-a yaxın nümayəndəsinin qatıldığı konfransda Cənub-Şərqi Asiyanın iri ölkələrinin investisiya fondlarının top menecerləri təmsil olunub.

Çin, Hindistan, Avstraliya, Sinqapur, Malayziya və digər ölkələrin təcrübəli menecerləri tərəfindən öz ölkələrində investisiya fondlarının yaradılması, onların fəaliyyəti barədə maraqlı məruzələr edilib. Konfransda investisiya fondlarının Amerika və Avropa təcrübəsi barədə də maraqlı məlumatlar səsləndirilib.

Azərbaycanda həyat sığortası bazarının və bu sahə üzrə fəaliyyət göstərən şirkətlərin böyüməsi, onların artan maliyyə vəsaitlərinin düzgün yerləşdirilməsi, müasir tələblərə uyğun idarə olunması sahəsində beynəlxalq investisiya fondları fəaliyyətinin öyrənilməsi vacib və aktual bir təşəbbüs olub.

Konfransda qazanılmış təcrübə yeni yaranan Azərbaycan investisiya fondlarının fəaliyyətinin təbliğində, həmçinin «PAŞA Həyat» sığorta şirkətinin səmərəli investisiya fəaliyyətinin aparılmasında əhəmiyyətli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR