Paşha Bank
Bank Of Baku

Alban-Udi Dini İcmasının nümayəndələri Laçındakı Ağoğlan Monastırını ziyarət ediblər - FOTO - YENİLƏNİB

Alban-Udi Dini İcmasının nümayəndələri Laçındakı Ağoğlan Monastırını ziyarət ediblər - FOTO  - YENİLƏNİB
# 06 oktyabr 2026 13:47 (UTC +04:00)

Azərbaycan Alban-Udi Xristian Dini İcmasının nümayəndələri Laçın rayonu ərazisində yerləşən Ağoğlan monastırını ziyarət ediblər.

APA-nın yerli müxbiri xəbər verir ki, dini icma üzvləri monastır ərazisində şamlar yandırıb, dualar oxuyub və şəhidlərin xatirəsini anıblar.

Alban-Udi Dini İcmasının sədr müavini Rafiq Danakari bildirib ki, 2020-ci ildən sonra icma üzvləri azad edilmiş ərazilərdə yerləşən dini abidələri mütəmadi olaraq ziyarət edirlər.

O qeyd edib ki, icma üzvləri Ağoğlan monastırını ilk dəfə 2021-ci ilin fevral ayında ziyarət ediblər: "O zaman da Azərbaycan torpaqlarında bir daha müharibə olmaması, bu yerlərdə hər zaman sülh və əmin-amanlığın hökm sürməsi üçün dua etmişdik".

Sədr müavini vurğulayıb ki, Azərbaycan xalqı sülhsevər, multikultural, tolerant və qonaqpərvərliyi ilə seçilir: “Bizim heç kimin torpağında gözümüz yoxdur və istəyirik ki, bizim də torpaqlarımızda kiminsə gözü olmasın. Azərbaycan torpaqları həm də müqəddəs torpaqlardır. Burada olan monastırlar, kilsələr, məscidlər Azərbaycan xalqının irsi, mədəniyyətidir”.

***

12.47

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Laçın rayonunda yerləşən Ağoğlan Monastırını ziyarət edirlər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, icma nümayəndələri monastırda dini ayinlər icra edib, dualar oxuyublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR