Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri ilə görüşüb - VİDEO

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri ilə görüşüb - <span style="color: red;">VİDEO
# 05 aprel 2015 20:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Ər-Riyadda Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın və Səudiyyə Ərəbistanının neft-kimya sənayesi şirkətləri arasında görüşlərin keçirilməsi ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılması məsələsi müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR