“PAŞA Bank” I rübü zərərlə başa vurub

“PAŞA Bank” I rübü zərərlə başa vurub
# 20 aprel 2015 11:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Paşa Bank”ın aktivlərinin həcmi 2015-ci ilin I rübünə 1 mlrd. 381,665 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,44% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 68,19% artaraq 614,330 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 72,5% artaraq 694,416 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 198,045 mln. manata bərabər olub ki, bu da illik müqayisədə təxminən 11,4% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 38,96% artaraq 335,748 mln. manata çatdığı halda, nizamnamə kapitalı 46,1% artaraq 333 mln. manat təşkil edib.

Bank 2015-ci ilin I rübünü 9,279 mln. manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR