Azərbaycan yanvar-may ayları ərzində 14 mln. tona yaxın xam neft ixrac edib

Azərbaycan yanvar-may ayları ərzində 14 mln. tona yaxın xam neft ixrac edib
# 17 iyun 2015 09:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-may ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, bu ilin 5 ayında sayğac göstəriciləri əsasında ümumilikdə 13 mln. 869 min 64,86 ton xam neft ixrac edib. Bu göstərici 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 3,12% azalıb.

Hesabat dövründə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 11 mln. 24 min 378,54 ton xam neft ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,82% azdır.

Yanvar-may aylarında Supsa boru kəməri ilə bir illə müqayisədə 7,6% çox və ya 1 mln. 833 min 72,3 ton, Şimal boru kəməri ilə isə 40,1% çox və ya 594,071 min ton xam neft ixrac edilib.

Ötən aylar ərzində dəmir yolu nəqliyyatı ilə 417 min 543,02 ton xam neft göndərilib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 16,87% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR