Çikaqo və Vaşinqtonda 1500-dən çox aviareys təxirə salınıb

Çikaqo və Vaşinqtonda 1500-dən çox aviareys təxirə salınıb
# 06 mart 2013 01:13 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın qərbində tüğyan edən qasırğa 1200-dən çox aviareysin təxirə salınmasına səbəb olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qasırğadan ən çox zərər Çikaqoda olan sərnişinlər çəkib – burada ən çox aviareys “Oxara” və “Miduey” aeroportlarında təxirə salınıb.

Sinoptiklərin proqnozlarına əsaslanaraq 450-dək aviareys həmçinin Vaşinqtonun Dalles adına və Ronald Reyqan adına aeroportlarında təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR