Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edəcək şəxsin adı açıqlanıb - YENİLƏNİB - VİDEO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edəcək şəxsin adı açıqlanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 avqust 2014 09:18 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olunanadək bu vəzifə I müavin vəzifəsini icra edən Elnur Əliyevə həvalə olunub.

* * *

Saat 12:02

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın işdən azad olunması ilə bağlı rəsmi açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Qeyd olunub ki, 1974-cü ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirən Nailə Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə başlayıb. Burada ingilis dili müəllimi işləyən Nailə xanım bir müddət həmin təhsil müəssisəsinin direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunan Nailə Rzaquliyeva ötən 8 il ərzində bu vəzifədə fəaliyyət göstərib.

Prezidentin sərəncamı ilə Azərbaycanın “Əməkdar müəllimi” fəxri adı ilə, təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. İşlədiyi müddətdə təhsil ictimaiyyəti arasında dərin hörmət, yüksək nüfuz qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR