İran və “altılıq” ölkələri arasında növbəti görüş martın 2-də keçiriləcək

İran və “altılıq” ölkələri arasında növbəti görüş martın 2-də keçiriləcək
# 27 fevral 2015 22:23 (UTC +04:00)

Bakı-APA. Martın 2-də İsveçrənin Montryo şəhərində İran və “altılıq” ölkələri nümayəndələri arasında ikitərəfli görüş baş tutacaq.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar siyasi direktorlar səviyyəsində keçiriləcək.

“Avropa İttifaqı danışıqlara dəstək vermək üçün səylərini əsirgəmir. Biz dəyərli razılaşma əldə etmə imkanını əldən verə bilmərik”, deyə Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR