Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
# 27 aprel 2015 14:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərvanə Şükürovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə P. Şükürova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Pərvanə Şükürova vətəndaşların etibarından sui-istifadə edərək qızıllarını mənimsəyib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR