İsrail Qəzza zolağına havadan zərbələr endirib, 6 nəfər ölüb

İsrail Qəzza zolağına havadan zərbələr endirib, 6 nəfər ölüb
# 09 iyul 2014 03:38 (UTC +04:00)

Bakı-APA. İsrail ötən gün Qəzza zolağının şimalında yerləşən yaşayış binasına havadan zərbə endirib, nəticədə azı 6 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aviazərbə Beyt Hanun şəhərində yerləşən yaşayış binasına endirilib. Məlumata görə, zərbə nəticəsində “İslam Cihadı” qruplaşmasının lideri Hafiz Həməd, onun ailə üzvləri, 2 qardaşı, valideynləri və naməlum qadın həlak olublar.

Əməliyyat hələlik aviazərbələr şəklində həyata keçirilir lakin ordu tam döyüş vəziyyətinə gətirilib və istənilən an genişmiqyaslı yerüstü hücumun başlanması gözlənilir.

Məlumata görə, ötən gündən başlayan əməliyyat zamanı Qəzza zolağına 200-dək zərbə endirilib, 25-dək fələstinli öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR