Venesuelada polis bölməsinə hücum edilib, ölən və yaralananlar var

Venesuelada polis bölməsinə hücum edilib, ölən və yaralananlar var
# 08 iyul 2016 18:52 (UTC +04:00)

Bakı-APA. Venesuelanın Portuqesa ştatında polis bölməsinə hücum edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 polis əməkdaşı ölüb, 25-i yaralanıb.

Onlardan 3-ün vəziyyətinin kritik olduğu bildirilir. Məlumata əsasən, Quanare şəhərində iki naməlum şəxs polis bölməsinə qumbaralar atıb. Onlardan biri atışma zamanı polis tərəfindən zərərsizləşdirilib. Portuqesa ştatının qubernatoru Reynaldo Kastanyeda hadisəni terror aktı kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR