Paşha Bank
Bank Of Baku

Filippinli səyyah: Xudavəng monastırını bəyəndim, bura çox maraqlıdır

filippinli səyyah Nolan Tianko

© APA | filippinli səyyah Nolan Tianko

# 09 oktyabr 2026 13:58 (UTC +04:00)

Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılması dinlər arasında harmoniyanın qorunması baxımından çox yaxşı bir haldır.

APA xəbər verir ki, bunu Xudavəng monastırını ziyarət edən filippinli səyyah Nolan Tianko deyib.

“Bu monastır həqiqətən maraqlıdır. Kilsəyə sonradan yeni hissələr əlavə olunub və buna görə də tikili zamanla dəyişib. Bu monastırın memarlığının olduqca qədim olduğu açıq-aydın görünür. Düşünürəm ki, bu tarixi abidə turizmin inkişafına, eləcə də müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın güclənməsinə töhfə verə bilər. Mən bu məkanı bəyəndim. Bura çox maraqlıdır, çünki ucqar ərazilərdə belə böyük monastırlara tez-tez rast gəlmək olmur”, - səyyah vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR