İsrail Knessetinə seçkilərdə bülletenlərin hesablanmış 70 faizinin nəticəsinə görə “Likud” partiyası liderdir

İsrail Knessetinə seçkilərdə bülletenlərin hesablanmış 70 faizinin nəticəsinə görə “Likud” partiyası liderdir
# 18 mart 2015 04:42 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin Mərkəzi Seçki Komissiyasının açıqlamasında bildirilir.

Məlumata görə, səsvermədə seçicilərin 23,73 faizi “Likud” partiyasını dəstəkləyib, seçicilərin 19,06 faizinin etimadını qazanmış Netanyahunun əsas rəqibi İshak Hersoqun rəhbəri olduğu “Sionist düşərgəsi” solçu müxalifət partiyası isə ikinci yerdədir.

Bu nəticələrə görə partiyaların Knessetdə artıq neçə mandat əldə etdiyi barədə məlumat verilmir.

Qeyd edək ki, seçkilərin yekun nəticələri martın 25-də parlamentin rəsmi jurnalında dərc ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR