Avropa Şurası baş katibinin müavini: “İşçi Qrupunun bərpasından sonra Azərbaycanda bir çox məsələlər həllini tapa bilər”

Avropa Şurası baş katibinin müavini: “İşçi Qrupunun bərpasından sonra Azərbaycanda bir çox məsələlər həllini tapa bilər”
# 01 sentyabr 2014 10:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda QHT-lər, mətbuat və hakimiyyət arasında etimadın yenidən bərpasına ehtiyac var. Avropa Şurasının baş katibi prezident İlham Əliyevlə İşçi Qrupunun bərpası ilə bağlı razılığa gəlib. İşçi Qrupunda eyni sayda hökumət, QHT təmsilçiləri və Avropa Şurasının nümayəndələri təmsil olunacaq”.


APA-nın məlumatına görə, bunu “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının Bakıda keçirilən mübadilə görüşü ilə bağlı mətbuat konfransında Avropa Şurası baş katibinin müavini Qabriela Battani—Draqoni söyləyib. O bildirib ki, İşçi Qrupunun fəaliyyəti müəyyən problemlərin daha qısa müddətdə həllinə səbəb olacaq: “Azərbaycana daha çox diqqət olması məsələsinə gəlincə, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən ölkə daha nümunəvi olmalıdır. İşçi Qrupunun bərpasından sonra bir çox məsələlər həllini tapa bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR