TQDK “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində yerləşdirilən bakalavrların sayını açıqlayıb

TQDK “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində yerləşdirilən bakalavrların sayını açıqlayıb
# 01 mart 2013 11:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılan “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün ərizə vermiş 21 623 bakalavrdan 21 083 nəfərinə dair məlumatlar mövcuddur.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sənəd verənlərdən əvvəlki ilin məzunu olan 9273 bakalavrın cəmi 3263 nəfərinin diplom məlumatı ali təhsil müəssisələri tərəfindən TMMS-ə daxil edilib. TQDK-nın keçirdiyi qəbul imtahanları ilə heç bir təhsil müəssisəsinə qəbul olmayan bakalavrların sayı 600 nəfərdir. Onlardan 163 nəfəri ali məktəbləri cari ildə bitirənlərdir. 437 nəfər isə ali məktəbləri əvvəlki illərdə başa vurublar ki, onlardan da 82-si 2012-ci ilin məzunu olan bakalavrlardır. Ali təhsil müəssisələrinin cari ildə bitirənlər kontingentində göstərilən 9270 bakalavrdan 2617 nəfəri ali məktəbləri ötən bitiriblər. Onlardan yalnız 2283 nəfərinin diplom məlumatları sistemə daxil edilib və 334 nəfərin diplom əmrləri sistemə daxil edilməyib.

Qeyd edək ki, qanunvericilikdə sistem istifadəçilərinin məsuliyyətləri və inzibati tədbirlər də nəzərdə tutulub. Belə ki, təhsil müəssisələri məlumatların 10 iş günü ərzində serverə ötürülməsinə, ötürülmüş məlumatların tam və düzgün olmasına məsuliyyət daşıyırlar. Məlumatların sistemə vaxtında və düzgün daxil edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində xüsusi maddə nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR