«Bank Respublika»nın mənfəəti 16% artıb

«Bank Respublika»nın mənfəəti 16% artıb
# 26 fevral 2013 10:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Bank Respublika» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 48,593 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 31,4% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın xərcləri 37,5% artaraq 36,116 mln. manata çatıb.

Bankdan bildirilib ki, ötən ilin yekununda bank 12,475 mln. manat həcmində mənfəət əldə edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən (10,716 mln. manat) 16,4% çoxdur.

Qeyd edək ki, hesabat ilində bankın faiz gəlirləri 33,090 mln. manat, qeyri-faiz gəlirləri 15,503 mln. manat, faiz xərcləri 10,373 mln. manat, qeyri-faiz xərcləri isə 25,743 mln. manata bərabər olub. Nəticədə, ötən il bankın faiz mənfəəti 40,1%, qeyri-faiz zərəri isə 12,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR