Dağıstan rəhbərliyi: Bəzi qüvvələr Dağıstan və Azərbaycan xalqları arasında inamsızlıq və şübhə yaratmağa çalışır

Dağıstan rəhbərliyi: Bəzi qüvvələr Dağıstan və Azərbaycan xalqları arasında inamsızlıq və şübhə yaratmağa çalışır
# 13 yanvar 2015 11:45 (UTC +04:00)

APA-nın yerli mediaya istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, son vaxtlar Azərbaycan və Dağıstan xalqları arasında inamsızlıq və şübhə yaratmaq məqsədilə bəzi qüvvələrin müxtəlif vasitələrə əl atdığı müşahidə olunur: “Tam aydındır ki, heç bir əsası olmayan bu cür xəbərlərin arxasında milli kimliyindən sui-istifadə edərək çirkli işlərlə, fırıldaqçılıqla və korrupsiya ilə məşğul olan insanlar dayanır. Öz vəzifələrindən azad edilən bu şəxslər Dağıstan və Azərbaycan xalqları arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinə xələl gətirmək üçün şayiələr yayırlar. Dağıstan rəhbəri Ramazan Abdulatipovun dediyi kimi, Dağıstan və Azərbaycan qədimdən ortaq mədəniyyətə və tarixə malikdir. Heç kəs indiyə kimi sülh və razılıq şəklində yaşayan bu iki xalqı qarşı-qarşıya gətirməyə nail ola bilməyib və bilməyəcək”.

Bəyanatda Dağıstanın Azərbaycanla iqtisadi və mədəni əlaqələrin inkişafında maraqlı olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR