Təhsil naziri UNESCO baş direktorunun müavini ilə görüşüb

Təhsil naziri UNESCO baş direktorunun müavini ilə görüşüb
# 04 noyabr 2015 10:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarovun Fransada UNESCO baş direktorunun müavini Qian Tanq ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, M. Cabbarov Azərbaycan-UNESCO əlaqələrinin müsbət istiqamətdə inkişafı və bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu vurğulayıb.

Nazir ölkə prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında məlumat verib. Görüşdə Azərbaycan ilə UNEScO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi müzakirə olunub. Nazir Q. Tanqı Azərbaycana səfərə dəvət edib.

Daha sonra M. Cabbarov Fransanın Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Elm və Sənaye Muzeyinə baş çəkib, elmin təbliği məqsədilə təşkil edilən sərgilərlə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR