İran Hərbi-Dəniz Qüvvələrinin komandanı: “ABŞ donanmasının İranın su sərhədlərinə yaxınlaşmasına imkan verməyəcəyik”

İran Hərbi-Dəniz Qüvvələrinin komandanı: “ABŞ donanmasının İranın su sərhədlərinə yaxınlaşmasına imkan verməyəcəyik”
# 26 noyabr 2012 14:39 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İran donanmasının sərbəst sularda təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Həbibullah Səyyari deyib.

O bildirib ki, Fars körfəzinin təhlükəsizliyini İran təmin edir: “ Donanmamızın Hind okeanına da üzməyə imkanı çatar. Dənizçilərimiz təhlükəsizliyini təmin etmək üçün indiyədək 1500 gəmini müşayiət edib, 110 dəfə dəniz quldurları ilə üz-üzə gəlib. Biz bölgədə olan bütün xarici donanmaları nəzarət altında saxlayırıq. Onların, eləcə də ABŞ donanmasının İranın su sərhədlərinə yaxınlaşmasına imkan verməyəcəyik. İran heç bir ölkə üçün təhlükə deyil. ABŞ isə qədəm qoyduğu hər yerə təhlükə gətirir”.

H. Səyyari əlavə edib ki, yaxın zamanda İranın yerli istehsalı olan və raket ata bilən “Sina-7” adlı yeni hərbi texnika da nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR