Bank Of Baku

Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO

Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
# 16 sentyabr 2026 18:12 (UTC +04:00)

Görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Qarabağa səfər proqramı çərçivəsində Şuşa şəhərində olublar.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Cıdır düzündə olub.

Qonaqlara ərazinin tarixi-mədəni əhəmiyyəti və Şuşa şəhəri barədə məlumat verilib, onlar Cıdır düzündən açılan mənzərəni seyr ediblər.

Daha sonra Yuxarı Gövhər Ağa məscidinə baş çəkən iştirakçılara işğal dövründə Şuşanın tarixi-mədəni irsinə qarşı törədilən vandalizm və şəhərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Bildirilib ki, Şuşada qədim dövrlərdə 17 məhəllə olub və hər məhəllədə məscid, hamam və bulaq yerləşib. İşğaldan azad edildikdən sonra şəhərdə Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub, Yeni Şuşa məscidinin inşasına başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR