Azərbaycanın 2,8% ərazisi erroziyaya uğrayıb

Azərbaycanın 2,8% ərazisi erroziyaya uğrayıb
# 30 aprel 2013 11:01 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda torpaqların erroziyasının aradan qaldırılması üçün görülən işlər qənaətbəxş deyil. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın 2,8% ərazisi erroziyaya uğrayıb ki, bu da 3 mln. 610 min hektar sahə deməkdir. Həmçinin 1 milyon hektardan artıq torpaq şoranlaşıb.


Nazir müavini vurğulayıb ki, bu gün torpaqlar əkinçilik üçün yararlı vəziyyətə gətirilməli və ərzaq təhlükəsizliyində mühüm rol oynamalıdır: “Düşünürəm ki, bu gün çox aktual məsələlərdən biri də torpaq problemidir. Əgər torpaqlar münbit hala gətirilərsə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı daha da arta bilər. Amma təəssüf ki, erroziyaya uğramış torpaqlar artıq öz münbitliyini itiribdir. Ukrayna və Rusiyaya baxsaq, torpağın qumus qatında məhsuldar bitkilər əkilir və yetərincə məhsul istehsal etmək olur. Azərbaycanda da məhsuldarlığı artırılması üçün torpaqların qumus qatını artırmalı, erroziyadan uzaqlaşdırmalıyıq. Bu məsələ tək kənd təsərrüfatının problemi deyil. Torpaqların dövriyyə gətirilməsi üçün meliorasiya işləri düzgün qurulmalı və xəritələşmə problemi həll edilməlidir. Bu gün bu istiqamətdə müəyyən işlər görülməsinə baxmayaraq, bu çox azdır. Düşünürəm ki torpaqların münbitliyinin qorunub saxlanması istiqamətində daha da çox işlər görülməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR