Tiflisdə "Rənglərin yağışı" adlı sərgi açılıb - FOTO

Tiflisdə "Rənglərin yağışı" adlı sərgi açılıb - <span style="color: red;">FOTO
# 05 fevral 2015 15:46 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin rəsm qalareyasında "Rənglərin yağışı" adlı sərgi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli Gənclər Mərkəzinin (MGM) təşkilatçılığı ilə açılan sərgidə Mərkəzin nəzdində fəaliyyət göstərən rəsm və xalçaçılıq kursları üzvlərinin əl işlərinin təqdim olunub.

Sərgidə 12 gənc rəssamın müxtəlif mövzularda çəkdiyi 36 rəsm, habelə Borçalı, Qazax və Qarabağ bölgələrinə uyğun toxunan 8 xalça nümayiş olunub.

"Rənglərin yağışı" sərgisi üç gün davam edəcək.

Tədbirdə Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev, Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı, Gürcüstan Gənclər və İdman Nazirliyi departamentinin nümayəndəsi İrakli Baqaturiya, ictimaiyyət nümayəndələri, gürcü və azərbaycanlı tələbələr, QHT rəhbərləri, jurnalistlər və şəhər sakinləri iştirak ediblər.

P. Xizanişvili APA-ya açıqlamasında gənclərin çəkdiyi rəsm əsərlərini çox bəyəndiyini bildirib: "Mən gənc rəssamların bu gözəl rəsm əsərlərinə diqqətlə baxdım. Sevindim ki, belə gənclik yetişir. Mən M.F. Axundov adına Mədəniyyət Muzeyində tez-tez oluram, belə tədbirlərdə yaxından iştirak edirəm. İncəsənətdən o qədər də başım çıxmır, amma burada nümayiş olunan əsərlər məni çox təəccübləndirib və olduqca sevindim. Bizim gələcəyimiz olan bu gənclərin istedadına heyran oldum. Bu əsərlər insanları bir-birinə bağlayır. Mən gənc azərbaycanlı rəssamların və xalçaçıların gələcəyinə inanıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR