İranda islahatçı siyasətçi həbs edilib

İranda islahatçı siyasətçi həbs edilib
# 30 aprel 2013 11:30 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda islahatçı siyasətçi həbs edilib. APA-nın məlumatına görə, İslahatçıların Koordinasiya Şurasının Fars vilayəti üzrə təmsilçisi və “Ehsan” mədəniyyət almanaxının müdiri Əbdülhəmid Mafiyan İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Onun hazırda harada saxlanılması ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, Ə.Mafiyan Məhəmməd Xatəminin prezidentliyi dövründə İran təhsil nazirinin müavini və büdcə və planlaşdırma təşkilatının sədr müavini vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR