Eurovision 2012-nin möhtəşəm final şousu başlayıb

Eurovision 2012-nin möhtəşəm final şousu başlayıb
# 26 may 2012 21:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu şounu canlı izləmək üçün müxtəlif ölkələrdən minlərlə insan bu möhtəşəm, işıqlı arenaya toplaşıb. Tamaşaçıları sülh rəmzi olan ağ geyimlərdə şounun üç aparıcısı – Leyla, Eldar və Nərgiz Azərbaycan, ingilis, fransız və alman dillərində salamlayıblar. Açılış şousunu Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımov möhtəşəm ifası ilə edib. «Natiq» Ritm Qrupunun ifasında unudulmaz ifa, eləcə də ötən ilin qalibləri Eldar Qasımov və Nigar Camal «Running Scared» mahnılarının ifası hər bir kəsə gözəl anlar bəxş edib. Bu gün səhnədə birincilik uğrunda 26 ölkə - Böyük Britaniya, Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna və Moldova təmsilçiləri mübarizə aparacaq.

Qeyd edək ki, artıq ötən günkü perfomanslara görə münsiflər heyətinin səsverməsi olub. Bu gün isə tamaşaçıların səsverməsi keçiriləcək. Səsvermə bütün çıxışlardan sonra 15 dəqiqə ərzində həyata keçiriləcək. Səsvermənin nəticələri hər bir təmsilçi ölkə ilə canlı bağlantı vasitəsi ilə açıqlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR