Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
08 fevral 2012 08:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bakının Qaraçuxur qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Nəqliyyat küçəsində Rəşad Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanan Kürdəmir rayon sakini Sergey Pənahova məxsus “Kamaz” markalı yük maşınına vurub. Nəticədə “VAZ-2107” markalı avtomobildə olan sərnişin Sabit Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 saylı şəhər xəstəxanasına yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.