“Şahdağ” Qış-Yay Turizm Kompleksində aparılan tikinti işlərinin gedişatına həsr olunmuş iclas keçirilib

“Şahdağ” Qış-Yay Turizm Kompleksində aparılan tikinti işlərinin gedişatına həsr olunmuş iclas keçirilib
# 26 aprel 2012 16:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycan üçün sosial-iqtisadi əhəmiyyətə malik “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yaradılmasının 1-ci mərhələsi çərçivəsində obyektlərin tikinti işləri (mehmanxanalar, əsas xizək bazası, kanat yolları, süni qarlaşdırma sistemlərinin quraşdırılması, elektrik yarımstansiyası, xarici su və qaz kəməri xətləri, kanalizasiya, elektrik təchizatı və s.) tam sürətlə davam etdirilir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq 2012-ci ilin sonunadək yerli və xarici turistlərin qəbulu və onlara xidmət göstərilməsinə başlanması planlaşdırılıb.

Kompleksin infrastrukturunun yaradılması işində əsas istiqamətlərdən biri Qusardan çəkilən yolun inşaat, təmir və yenidənqurma işlərinin tamamlanmasıdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, nəqliyyat naziri Ziya Məmmədovun, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun, kompleksin direktoru Emin Haşımovun, Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimovun, baş layihələndirici “Swiss Town Consult AG” və baş podratçı “DİA Holdinq FZCO” şirkətlərinin nümayəndələrinin və digər maraqlı təşkilatların, xarici mütəxəssislərin iştirakı ilə bu gün keçirilmiş növbəti iclas məhz bu məsələyə həsr edilib. İclasda turizm kompleksi yolunun xüsusiyyətləri, yerli landşaft, dağlıq yerlər və çaylar, qeyd olunan obyektin müasir tələblərə cavab verməsi nəzərə alınmaqla Kompleksə giriş yolunun inşası və yenidənqurulması işlərinin davam etdirilməsi məsələsi müzakirə olunub. Nəzərdə tutulmuş işlərin yüksək keyfiyyətliyinin və vaxtında icrasının təmin edilməsi istiqamətində lazımi sənədlərin, texniki tələbatların hazırlanması məqsədilə müvafiq tapşırıqlar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR