Gəncədə Mədəniyyət klubu yanıb
02 aprel 2012 07:30 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə Mədəniyyət klubunda yanğın baş verib. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən bildirilib. “Poçt” qəsəbəsi yaşayış massivində, Aydınbəyov küçəsində yerləşən Mədəniyyət klubunda baş verən hadisə barədə məlumat daxil olan kimi yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb edilib. Yanğın söndürənlərin ciddi səyinə baxmayaraq, ümumi sahəsi 325 kvadratmetr olan mədəniyyət klubunun 190 kvadratmetri yanaraq yararsız hala düşüb.
Yanğının hansı səbəbədən baş verdiyi məlum deyil. Faktla əlaqədar araşdırma aparılır.
Yanğının hansı səbəbədən baş verdiyi məlum deyil. Faktla əlaqədar araşdırma aparılır.
Hadisə
Qazaxda güclü yağışlardan sonra çay daşıb, torpaq sahələri və kafelər suyun altında qalıb - FOTO - YENİLƏNİB
12:50
26 may 2024
Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib
11:43
26 may 2024
Bakıda binada yanğın olub, 6 nəfər təxliyə edilib
10:12
26 may 2024
Güclü külək Goranboyda fəsadlara yol açıb
09:51
26 may 2024