Baş nazirin müavini: “Erməni işğalı altında olan nəzarətsiz İran-Azərbaycan sərhədindən əfqan narkotikinin tranziti üçün istifadə edilir”

Baş nazirin müavini: “Erməni işğalı altında olan nəzarətsiz İran-Azərbaycan sərhədindən əfqan narkotikinin tranziti üçün istifadə edilir”
# 21 iyun 2012 14:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ermənistanın işğalı altında olan, nəzarətsiz qalmış İran-Azərbaycan sərhədindən əfqan narkotikinin tranziti üçün istifadə edilir. APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.

«Bizim İranla 132 kilometr sərhədimiz nəzarətsizdir. Oradan əfqan narkotiki İran-Dağlıq Qarabağ-Ermənistan marşrutu ilə daşınır. Amma bu marşrut BMT-nin rəsmi sənədlərində əksini tapmayıb», - deyə baş nazirin müavini vurğulayıb.

Ə. Həsənov nəzarətsiz ərazilərdə ermənilərin həm də narkotik vasitələr əkib-becərdiklərini əlavə edib.

Baş nazirin müavini onu da qeyd edib ki, əfqan narkotiki Azərbaycana 4-5 istiqamətdə daxil olur. Əfqanıstandan Azərbaycana daxil olan narkotiklər Gürcüstana, oradan Avropaya, həmçinin Rusiya və digər ölkələrə daşınır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR