«Unibank» yeni aksiya keçirir

«Unibank» yeni aksiya keçirir
# 01 mart 2012 09:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Unibank” ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində bayram aksiyası keçirir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, martın 1-dən 10-dək bankın xidmət şəbəkəsində “Al Kart” və ya “Nağd Kredit” kreditləri əldə edən bütün xanımlar üçün faiz dərəcəsi 26%-dək endirilir.

Bu zaman adı çəkilən kreditlərin rəsmiləşdirilməsi proseduru daha sadə olacaq. Belə ki, təsdiqlənən aylıq gəlirlər “Al Kart” üzrə 200 manat, “Nağd Kredit” üzrə isə cəmi 85 AZN təşkil edə bilər. Məbləği 1 500 manata (bölgələrdə 1 000 AZN-dək) qədər təşkil edən kreditlər üzrə isə bank tərəfindən zamin və girov tələbi tətbiq olunmayacaq.

“Unibank”ın xanımlar üçün hazırladığı hədiyyələr dəstinə bütün pərakəndə kredit məhsulları (o cümlədən mikrokreditlər) üzrə banka müraciət edən qadın müştərilərə «MasterCard Gold» plastik kartlarının sığorta depoziti tələb olunmadan hədiyyə olunması da daxildir. Bundan başqa, 8 mart aksiyası çərçivəsində “Al Kart” və ya “Nağd Kredit” cəlb edən xanımlardan hər beşincisinə “Mobitel” zəmanətli “Nokia X1-01” mobil telefonu hədiyyə olunacaq. Bu zaman müştərilərin ardıcıllığı, o cümlədən hədiyyə alanların təyin olunması “Unibank”ın proqram təminatı vasitəsilə kreditin cəlb olunma tarixi və dəqiq vaxtı üzrə aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR