İslam İnkişaf Bankı Misirə 1 mlrd. dollar kredit ayırıb

İslam İnkişaf Bankı Misirə 1 mlrd. dollar kredit ayırıb
# 02 iyul 2012 07:35 (UTC +04:00)
Bakı – APA-Economics. İslam İnkişaf Bankı (İİB) yanacaq və ərzaq alınması üçün Misirə 1 mlrd. dollar kredit ayırıb. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Misir hökuməti məlumat yayıb.

Müvafiq razılaşma Misir hökuməti və İİB-ə daxil olan Beynəlxalq İslam Ticarət-Maliyyə Korporasiyası (International Islamic Trade Finance Corporation) arasında imzalanıb. Sazişə əsasən, ümumilikdə İİB Misirə 2,5 mlrd. dollar vəsait ayıracaq.

Qeyd edək ki, hazırda rəsmi Qahirə Beynəlxalq Valyuta Fondu ilə 3,2 mlrd. dollar kredit ayrılması haqqında danışıqlar aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR