İran Ermənistana neft məhsulları satacaq
01 mart 2012 08:28 (UTC +04:00)
Bakı - APA-Economics. Ermənistan İranla maye yanacağın və neft məhsullarının idxalına dair yeni saziş imzalayacaq.
“APA-Economics”in “MEHR” agentliyinə istinadən xəbərinə görə, İran Ermənistan üçün zəruri olan benzin, dizel yanacağı, kerosin və aviasiya yanacağı ixrac edəcək.
Son illər iki ölkənin energetika qurumları arasında müxtəlif neft məhsullarının nəqlinin həcmini artırmaq üçün İran-Ermənistan sərhədində birgə neft terminalının tikintisinə dair danışıqlar aparılıb. Bundan başqa, Təbriz-Erasx neft kəmərinin tikintisi də müzakirə olunan məsələlər sırasındadır.
Qeyd edək ki, bu il yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.
Artıq Yaponiya və Koreya İrandan neft idxalının həcmini azaldıb. Çin, Hindistan və İsveçrə isə İrandan neft almaqda davam edəcəklərini bəyan ediblər.

Sənaye və energetika
Azərbaycan Bolqarıstana bu ölkənin illik sərfiyyatının 55 %-dən çox qaz ixrac edəcək
15:47
8 may 2024
Qlobal neft hasilatının artım tempi gələn il cüzi sürətlənəcək - PROQNOZ
12:52
8 may 2024
EIA qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb
11:47
8 may 2024
Dünya bazarlarında neft ucuzlaşıb
09:56
8 may 2024