Dominikan Respublikasında daşqın təhlükəsi səbəbilə 11 mindən artıq insan təxliyə edilib

Dominikan Respublikasında daşqın təhlükəsi səbəbilə 11 mindən artıq insan təxliyə edilib
# 26 aprel 2012 03:56 (UTC +04:00)
Bakı-APA. Dominikan Respublikası hökuməti şiddətli yağışlara görə yaranmış daşqın təhlükəsi səbəbilə 11 mindən artıq insanı təxliyə ediblər.

Ölkənin Fövqəladə hallar xidmətinin nümayəndəsi Xose Luis German çayların daşması səbəbindən 3 minə yaxın evin su altında qaldığını bildirib. Ölkənin şimalındakı Puerto-Plata əyalətində bir neçə mahal, ölkənin mərkəzi və cənub-şərqində isə bir neçə şəhər su altında qalıb.

Hələlik ölənlər və yaralananlar barədə məlumat verilmir.

Germanın sözlərinə görə ölkənin 23 əyalətinin su altında qalmaq təhlükəsi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR