Doku Umarovun mühafizəçilərindən biri könüllü təslim olub

Doku Umarovun mühafizəçilərindən biri könüllü təslim olub
# 10 iyul 2012 12:26 (UTC +04:00)
Bakı-APA. Çeçen separatçılarının lideri Doku Umarovun mühafizəçilərindən biri İnquşetiya hüquq-mühafizə orqanlarına könüllü təslim olub. APA-nın məlumatına görə, təslim olan şəxsin adı açıqlanmır, o rəsmən dövlət müdafiəsinə götürülüb. İnquşetiya Təhlükəsizlik Şurasının katibi Əhməd Kotiyev bildirib ki, danışıqlar nəticəsində 31 nəfəri silahlı mübarizədən imtina etməyə inandırmaq mümkün olub. Kotiyev hazırda İnquşetiya ərazisində 50-dək silahlı mücahidin olduğunu deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR