DSK-lar seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına təhvil veriblər

DSK-lar seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına təhvil veriblər
# 06 aprel 2012 09:32 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Vahid seçicilər siyahısının dəqiqləşdirilməsi davam etdirilir. Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, artıq dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını MSK-ya təqdim ediblər.

Hazırda Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının ölkə üzrə dəqiqləşdirilməsini dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirir. Bu proses ən geci mayın sonuna qədər yekunlaşacaq və ölkə üzrə dəqiqləşdirilmiş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR