Azərbaycanda bir nəfər qəbiristanlıqda donaraq ölüb

Azərbaycanda bir nəfər qəbiristanlıqda donaraq ölüb
# 03 fevral 2012 15:19 (UTC +04:00)
Hadisə bu gün Əmircan qəsəbəsində yerləşən kənd qəbiristanlığında qeydə alınıb. Qəbiristanlıq ərazisində 50-55 yaşlarında kişi meyitinin olması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun donaraq öldüyü məlum olub. Mərhumun şəxsiyyəti hələlik məlum olmasa da, onun tüfeyli həyat tərzi keçirdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölkədə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar dünəndən bu gün səhər saatlarına kimi Bakıda 4 donvurma hadisəsi qeydə alınıb. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya bildirib ki, donvurmaya məruz qalanlardan 3-ü “bomj” olub və onlar xəstəxanaya yerləşdirilib.

Bu gün səhər saatlarında isə Mərdəkan qəsəbəsindən donvurma ilə bağlı təcili yardıma müraciət daxil olub. 45-50 yaşlarında kişi küçədə ölüb. Təcili yardım çağırıblar. Təcili yardım briqadası həmin şəxsin meyitini hadisə yerində polisə təhvil verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR