İtaliyada TAP layihəsinin ətraf mühitə təsiri müzakirə olunacaq

İtaliyada TAP layihəsinin ətraf mühitə təsiri müzakirə olunacaq
# 03 fevral 2012 15:08 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Fevralın 16-da Trans-Adriatik boru kəməri (TAP) layihəsinin iştirakçısı olan ölkələrin nümayəndələri layihənin ətraf mühitə təsirini müzakirə edəcəklər.

APA-Economics”in xarici KİV-ə istinadən xəbərinə görə, görüş İtaliyada keçiriləcək.

Qeyd edək ki, “Cənub qaz dəhlizi” layihəsinin bir hissəsi olan TAP layihəsinin əsas mənbəyi “Şahdəniz 2” fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, kəmərin inşasına 2013-cü ildə, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq, 2017-ci ildən isə Azərbaycan qazı TAP vasitəsilə nəql olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.

“Cənub qaz dəhlizi”nə TAP, ITGI (Türkiyə-Yunanıstan-İtaliya), AGRI (Azerbaijan-Georgia-Romania) və “Nabucco” layihələri daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR