Avropa Komissiyası: Rusiya doqquz Avropa ölkəsinə nəql etdiyi qazın həcmini azaldıb

Avropa Komissiyası: Rusiya doqquz Avropa ölkəsinə nəql etdiyi qazın həcmini azaldıb
# 03 fevral 2012 15:56 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya doqquz Avropa ölkəsinə nəql etdiyi qazın həcmini azaldıb. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının mətbuat katibi Marlene Xoltsner açıqlama verib.

Onun sözlərinə görə, azalma fevralın 1-də baş verib: “Biz bu barədə Polşa, Slovakiya, Avstriya, Macarıstan, Bolqarıstan, Rumıniya, Yunanıstan, İtaliya və Almaniyadan almışıq”.

M.Xoltsner qeyd edib ki, dünən Slovakiya və Avstriya 30%, İtaliya 24%, Polşa isə 8% Rusiya qazını ala bilməyib: “Biz məsələ ilə bağlı Rusiya hökuməti ilə danışmışıq. Başa düşürük ki, buna səbəb Rusiyada qışın sərt keçməsi və qaza olan ehtiyacının artmasıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR