Quba-Xaçmaz yolunda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

Quba-Xaçmaz yolunda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb
# 27 avqust 2012 07:39 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Quba rayonu ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Xaçmaz yolunun Quba rayonun Timiryazev kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba rayonu, Qam-qam kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elşən Hüseynağa oğluna məxsus “Qazel” markalı, 40 BH 230 dövlət nömrə nişanlı maşınla Xaçmaz istiqamətində hərəkətdə olan, 1977-ci il təvəllüdlü Xaçmaz rayonu, Əhmədoba kənd sakini Müslümov Vidadi Vaqif oğluna məxsus “VAZ 2107” markalı, 10 KG 192 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü, onun sərnişinləri Quba rayonu, Zərdabi kənd sakini, 1972-ci il təvəllüdlü Poladov Sədiyar Buxsay oğlu oğlu, Alekseyevka kənd sakini 1991-ci il təvəllüdlü Şıxbabayev Elçin Fizuli oğlu, “Qazel”in sürücüsü və onun sərnişini - 1983-cü il təvəllüdlü Məmmədov Ramin İslam oğlu xəsarət alıb. “VAZ 2107”-nin sürücüsü V. Müslümovun vəziyyəti ağırdır. Digər xəsarət alanların vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR