İrakli Alasaniya: “Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

İrakli Alasaniya: “Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
# 21 oktyabr 2012 14:51 (UTC +04:00)
Bu sözləri Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd İrakli Alasaniya APA-nın Gürcüstan bürosuna açıqlamasında deyib. İ. Alasaniya bildirib ki, Gürcüstan və Azərbaycanın da bir nömrəli istəyi torpaqlarını işğaldan azad etmək və problemi ərazi bütövlüyü çərçivəsində həll etməkdir. “Bu, həm bizim, həm də beynəlxalq ictimaiyyatın də marağındadır. Bizim mövqeyimiz bundan ibarətdir”, - deyə İ. Alasaniya vurğulayıb.

O, “Azərbaycanla Ermənistan arasında müharibə olarsa, Gürcüstanın mövqeyi necə olacaq” sualını belə cavablandırıb: “Ümidvaram ki, Qafqazda belə faciə baş verməyəcək. Hər iki ölkənin siyasi liderləri buna imkan verməz. Bunu Bakı və Yerevanda yaxşı başa düşürlər. Bizim Azərbaycan və Ermənistanla yaxşı münasibətimiz var. Düşünürəm ki, hər iki ölkə tərəfindən bütün məqsədyönlü tədbirlər həyata keçiriləcək ki, müharibədən qaçılsın. Əminəm ki, siyasi proses daha yaxşı inkişaf edəcək və müharibə olmayacaq, mən buna ümidvaram”.

İ. Alasaniya müdafiə naziri postuna təsdiqlənərsə, ilk səfərini Azərbaycana edəcəyini də deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR