“Quş qripi” ilə bağlı keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

“Quş qripi” ilə bağlı keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 16 mart 2012 11:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Quş qripi” xəstəliyinə görə ölkə ərazisində keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb. Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 23 baş çöl, 5 baş ev quşunun patoloji materialları və ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1581 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinələrdən keçirilib. Nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarda həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb. Növbəti monitorinqin aprelin 23-də başlanması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR