Şahdağ qış-yay turizm kompleksi ilk xizəksürənləri bu ilin sonunda qəbul edəcək

Şahdağ qış-yay turizm kompleksi ilk xizəksürənləri bu ilin sonunda qəbul edəcək
# 10 iyul 2012 12:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda qış turizmində bəzi problemlər olduğunu bildirib.

APA-nın məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlama verən nazir qış mövsümündə turizm obyektlərində istilik sisteminin olmamasının problem olaraq qaldığını bildirib. O, ölkədə qış turizminin inkişafı yönündə həyata keçirilən infrastruktur layihələrinin hər bir regionda, kənddə qazın olmasına gətirib çıxaracağını qeyd edib.

Ə.Qarayev əlavə edib ki, bu ilin dekabrından etibarən Qusarda yerləşən Şahdağ qış-yay turizm kompleksi ilk xizəksürənləri qəbul etməyə hazır olacaq: “Bu məkan xidmətlər, şərait, infrastruktur baxımdan da yüksək olacaq. Qış turizmi istiqamətində Qəbələdə də çox böyük işlər gedir. Şəkidə də qış mövsümünün hazırlığına və yeni komplekslərin fəaliyyəti yönündə işlər aparılır. Ümumiyyətlə, regionlarda və şəhərdə mövcud olan turizm obyektlərinin qış mövsümündə də fəaliyyət göstərməsinin tərəfdarıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR